SON XƏBƏRLƏR

İranın Bocnurd şəhərində daha 3 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Bocnurd şəhərində daha 3 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda quldurluqda və silahlı basqında günahlandırılaraq ölümə məhkum olunmuş daha 3 nəfər edam edilib. Bu barədə Şimali Xorasan əyalətinin baş prokuroru axund Əsədullah Cəfəri iyulun 31-də jurnalistlərə açıqlama verib.

 

Baş prokuror bildirib ki, iyulun 31-i sübh saatlarında Bocnurd şəhərinin mərkəzi zindanında dara çəkilən 3 müttəhim, 2014-cü ildə Manə və Səməlqan şəhərində bir qızıl mağazasına silahlı basqında və ölkənin 5 əyalətinin 13 şəhərində quldurluq yolu ilə bir neçə avtomobili oğurlamaqda təqsirli bilinib. Axund Cəfəri, edam edilən şəxslərin adlarını açıqlamayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar