SON XƏBƏRLƏR

İranın Böhran İdarəetmə Təşkilatının rəhbəri koronavirusa yoluxub

2021.10.20, 07:36
İranın Böhran İdarəetmə Təşkilatının rəhbəri koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: İranın Böhran İdarəetmə Təşkilatının rəhbəri İsmayıl Nəccar koronavirusa yoluxub.

 

Təşkilatın sözçüsü Əli Bəxtiyari rəhbərin xəstəxanada uzun müddət müalicə aldıqdan sonra bu gün evə buraxıldığını, lakin bir neçə gün evdə karantində qalacağını bəyan edib.

 

Ötən gün İsmayıl Nəccar koronavirusla bağlı keçirilmiş müxtəlif iclaslarda iştirak etməmişdi. O, uzun müddətdir epidemiyaya yoluxsa da, rəsmilər dünənki tədbirdən sonra bunu etiraf ediblər.

 

Qeyd etmək lazımdır ki, Böhran İdarəetmə Təşkilatı müxtəlif hadisələrin fəsadlarının aradan qaldırılması prosesində koordinasiya və planların icra edilməsinə nəzarət edən qurumdur. İsmayıl Nəccar 6 ildir ki, təşkilata rəhbərlik edir.

 

Bu günə qədər İranda bir neçə rəsminin koronavirusa yoluxması ilə yanaşı, bir neçəsinin də epidemiyadan ölməsi halları qeydə alınıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar