SON XƏBƏRLƏR

İranın Borazcan şəhərində su qıtlığına qarşı etirazlar yenidən baş qaldırıb - VİDEOLAR

2021.10.20, 07:36
İranın Borazcan şəhərində su qıtlığına qarşı etirazlar yenidən baş qaldırıb - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İyulun 22-də İranın Buşehr əyalətinin Borazcan şəhərində bir aydan çoxdur yaranmış su qıtlığına görə kütləvi etirazlar keçirilib.

 

Yerli məsulların su qıtlığını tezliklə aradan qaldırılacaqları ilə bağlı verdiyi vədlərin boşa çıxdığına etiraz bildirən minlərlə şəhər sakini küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər. Etirazçılar, Borazcan şəhərinin girişində təkərlər yandıraraq, avtomobillərin hərəkətinə mane olmuş, rəsmilərin su qıtlığı probleminin həlli ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsini tələb ediblər.

 

Gecə saatlarına qədər davam edən etirazlar, hadisə yerinə gələn hüquq-mühafizə qüvvələrinin dinc aksiyaya qarşı kobud müdaxiləsindən sonra dayandırılıb. Bəzi yerlərdə polis qüvvələri ilə etirazçılar qarşıdurmaya səbəb olub. Etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, susuzluqdan əziyyət çəkən minlərlə Borazcan sakini küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndirmişdilər. Etiraz yürüşü keçirən Borazcan əhalisi “Diktatora ölüm”, “Heç kəs qorxmasın, biz hamımız birik və bir yerdəyik”, “Molla hakimiyyətini istəmirik” və digər şüarlar səsləndirərək rəsmilərdən şəhərdə və ətraf bölgələrdə yaranmış su qıtlığının aradan qaldırmasını, əhaliyə təmiz içməli suyun verilməsini tələb etmişdilər.

 

 

Qeyd edək ki, ölkədə yaranmış su qıtlığına görə son aylar İranın Xuzistan əyalətinin Xürrəmşəhr, Abadan, Əhvaz, Şadqan və digər şəhərlərində də hakimiyyətə qarşı kütləvi etirazlar keçirilib.

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar