SON XƏBƏRLƏR

İranın böyük Azərbaycan kabusu.Elnur Eltürk

2021.10.20, 07:36
İranın böyük Azərbaycan kabusu.Elnur Eltürk

Gunaz.tv
İranın böyük Azərbaycan kabusu image.php?img=5767 İran dövləti bu gün Qarabağ münaqişəsinin həll olunmamasında böyük rol oynayan dövlətlərdən biridir.Səbəb kimi onu göstərmək olar ki , müstəqil dövlətimizin inkişafı və azadlıq ideyasi rəsmi Tehranı qorxudan əsas amillərdən biridir.Azərbaycan dövlətinin daim problem içərisində olması,demokratik cəmiyyətin formalaşmaması Iranı sevindirən cəhətlərdən biridir.Bu gün Azərbaycan türkündə milli özünü dərk etmə prosesinin süretlənməsi, millətçi gəncliyin önə çıxması və birlik ideyası üçün savaş aparması İranı dəhşətli dərəcədə vahiməyə salır. Sözsüz ki,İran daim istəyir ki,quzeydə stabil inkişaf olmasın,öz maraqlarını rahat şəkildə həyata keçirə bilsin.İran Ermənistana hər cür dəstək verir ki,nəticədə bu dövlət çökməsin və Azərbaycan qarşısında duruş gətirə bilsin.Eks prezident Levon Ter- Petrosyan özü etiraf edib ki,İranla əlaqələr 2 gün kəsilsə Ermənistan məhv olar.Məntiq ortadadı. Iran bir dəfə sülh məsələsində təşəbbüs göstərməyi ilə Şuşa şəhərimiz işğal olundu.O vaxt ki ,prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda ermənistanlı həmkarı ilə danışıqlar apararkən gözəl Şuşamız erməni-rus ordusu tərəfindən işğal edildi.Nəticə etibari ilə İran Azərbaycan torpaqlarının işğal altında qalmasında ən böyük maraq göstərən dövlətlərdən biridir və hər iki ölkə arasında iqtisadi -siyasi və hərbi əlaqələri intensiv sürətdə inkişaf etməkdədir. Güney Azərbaycanda bu gün milli azadlıq hərəkatı yüksələn xəttlə inkişaf etməkdədir.İran bundan narahat olmaya bilməz. Fars ideoloqları bunun səbəbini quzeyin müstəqil olmasında görürlər.çünki İranın qonşuluğunda müstəqil türk dövlətinin varlığı gələcəkdə molla rejimin siyasi hakimiyyətdən getməsini sürətləndirəcəkdir. Bunun üçün Azərbaycanda gələcək planlarını həyata keçirmək üçün ideoloji- siyasi və iqtisadi dəstək qazanmaq üçün qruplaşmalar yaradır,kiçik İran olan Nardaran kəndinə hər cür dəstək olur,casuslar hazırlayır. Hətta sabiq diplomatına Azərbaycanın daxili işlərinə qarışmaq üçün təlimatlar da verir(söhbət Əfşar Süleymanidən gedir) .Bu gün çox ehtiyatlı olmaq lazımdır,Azərbaycana gələn iranlı iş adamları,elm adamları və s altında ölkəmizin içərilərinə nüfuz edə bilərlər.Azərbaycan cəmiyyəti çox ayıq və çevik olmalıdır.çünki müstəqil dövlətimizin var olması düşmənlərimizi narahat edir. Güneydə milli fəallarımız işgəncə altında istiqlal savaşını aparırlar.Güneyin azadlığı üçün 50 milyonluq Azərbaycan türkü birləşməli, dünyada güclü lobbimizin formalaşmasında ciddi şəkildə dəstək olmalıdır.Xaricdə və daxildə yaşayan soydaşlarımız Böyük Azərbaycan uğrunda savaş aparmalı və bu ideyanın əsgərinə çevrilməlidirlər. Tanrı türk ulusunu qorusun!!! Elnur Eltürk presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar