SON XƏBƏRLƏR

İranın büdcə layihəsi təsdilənib: Əməkhaqlarının 15% artırılması layihədən çıxarılıb

2021.10.20, 07:36
İranın büdcə layihəsi təsdilənib: Əməkhaqlarının 15% artırılması layihədən çıxarılıb

Gunaz.tv

GünAz TV: İranın Konstitusiyaya Nəzarət Şurası 19 bənddə düzəliş aparmaqla, 1399-cu il (21 mart 2020- 21 mart 2021) büdcə layihəsini təsdiqləyib.

 

Bu barədə Şuranın sözçüsü Abbasəli Kədxudayi "Twitter" səhifəsində məlumat yayıb. O bildirib ki, "şəriət qaydaları və Konstitusiya ilə zidd olan" bəzi müddəalara düzəliş edildikdən sonra layihə Milli Məclisə təqdim olunub.

 

Konstitusiyaya Nəzarət Şurası etdiyi düzəlişlərdən ən mühümü yaşayış olmayan evlərdən vergi alınmamasıdır.

 

Milli Məclisin Uyğunlaşdırma Komissiyasının etdiyi düzəlişdə gələn ilin büdcə daxilolmalarına yaşayış olmayan evlərə vergi tətbiq edilməklə, 4600 milyard tümən əlavə edilməsi nəzərdə tutulurdu.

 

Konstitusiyaya Nəzarət Şurası həmçinin büdcə layihəsində nəzərdə tutulmuş hibrid maşınların idxalatı müddəasının çıxarılmasını istəyib. Digər çıxarılması tələb olunan bənd işçilərin maaşının "ədalətsizcəsinə" 15% artırılmasıdır.

 

Ölkədə inflyasiya həddinin 37% olduğu bir vaxtda hökumət yeni büdcə layihəsində işçilərin maaşlarını 15% artırmağı qərara almışdı.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar