SON XƏBƏRLƏR

İranın Buşehr əyalətində musiqi festivalını pozmağa çalışan molla, fitə basılaraq səhnədən qovulub – FOTOLAR və 1 VİDEO

2021.10.20, 07:36
İranın Buşehr əyalətində musiqi festivalını pozmağa çalışan molla, fitə basılaraq səhnədən qovulub – FOTOLAR və 1 VİDEO

Gunaz.tv

GünAzTV: İranın Buşehr əyalətinin Buşkan bölgəsində keçirilən musiqi festivalına mane olmağa çalışan molla, festival iştirakçıları və tamaşaçılar tərəfindən fitə basılaraq səhnədən qovulub.

 

Hadisə martın 31-də baş verib. Novruz bayramı münasibətilə 3 min nəfərin iştirakı ilə açıq havada keçirilən festivalda, yerli əhalinin musiqi nümunələri səhnədə səsləndirildiyi bir vaxtda, hakimiyyətə bağlı mürtəce bir molla, gözlənilmədən səhnəyə çıxaraq festivalla əlaqədar ucaldılmış afişaları cırmağa başlayıb. Festivalın rəhbərliyi və məsul şəxslər, mollanın bu hərəkətinə mane olaraq, onu dərhal səhnədən uzaqlaşdırıblar. Axund, qadın və kişilərin musiqi şənliyinə toplanmasına etiraz edərək festivalın dayandırılmasını tələb etsə də, ona bildirilib ki, festivalın keçirilməsi tam qanunidir və bunun üçün İranın İrşad Nazirliyindən əvvəlcədən icazə alınıb.

 

Vəziyyəti belə görən axund, qəzəbli şəkildə səhnədən uzaqlaşmaq məcburiyyətində qalıb. Axundun bu hərəkəti, bayram günlərində şən anlar keçirmək üçün festivala qatılan minlərlə vətəndaşın kəskin etirazına səbəb olub. Tamaşaçılar, axundu fitə basaraq, “Cəhənnəm ol, zibil” və “Rədd ol, zibil” şüarları səsləndirərək onu festivaldan qovublar.

 

 

 

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar