SON XƏBƏRLƏR

İranın bütün əyalətlərinin mərkəzlərində cümə namazlarının keçirilməsi yenidən dayandırılıb

2021.10.20, 07:36
İranın bütün əyalətlərinin mərkəzlərində cümə namazlarının keçirilməsi yenidən dayandırılıb

Gunaz.tv

GünazTV: İranda ikinci dəfə olaraq cümə namazlarının keçirilməsi yenidən dayandırılıb.

 

Bu barədə, İranda “imam cümə”lərin fəaliyyətinə nəzarət edən qurumun rəisi Məhəmməd Cavad Hac Əli Əkbər martın 4-də jurnalistlərə açıqlamasında məlumat yayıb.

 

O bildirib ki, ölkədə koronavirusun sürətlə yayılmasını nəzərə alaraq, yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə, ötən həftədə olduğu kimi bu həftə də, yəni martın 6-da heç bir əyalətin mərkəzində cümə namazları (camaat namazları -red) keçirilməyəcək: “Aldığımız qərara əsasən, bu həftədə də ölkənin bütün əyalətlərinin mərkəzlərində cümə namazlarının keçirilməsi ləğv edilib” -deyə, İranda “imam cümə”lərin fəaliyyətinə nəzarət edən qurumun rəisi Məhəmməd Cavad Hac Əli Əkbər əlavə edib.

 

Xatırladaq ki, ötən həftə koronavirusun yayılması səbəbi ilə İranın yalnız 23 əyalətində cümə namazlarının keçirilməsinə qadağa qoyulmuşdu.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 4-ə qədər ölkədə koronavirusdan ölənlərin 92 nəfərə, yoluxanların sayının isə 2 min 922 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar