GünAz TV: İranın “Cənub Pars” qaz yatağında güclü yanğın baş verib.
Yerli media orqanlarının məlumatına görə, yanğın iyunun 12-si saat saat 15:00 radələrində yatağın 9-cu platformasında başlayıb və təqribən 2 saatdan sonra tamamilə söndürülüb.
Hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilsə də, dəyən ziyanla bağlı heç bir məlumat verilməyib. Hələ ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Ə.A