İranın daş kömür mədənində baş verən partlayışda ölənlərin sayı 35 nəfərə çatıb

2017-05-04 07:45

GünAzTV: Mayın 3-ü günorta saat 12 radələrində İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin Yurt” daş kömür qış mədənində baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın əmək naziri Əli Rəbii mayın 3-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

Nazir bildirib ki, 21 mədənçinin cənazəsi artıq şaxtadan çıxarılıb və digər cənazələrin dağıntılar altından tapılıb çıxarılması üçün aparılan əməliyyatlar davam edir: “Təəssüflər olsun ki, partlayışdan sonra mədən içində itkin düşən və ya ilişib qalan fəhlələrin hamısı həyatını itirib. Hadisə, 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa isə metan qazının sızması və qığılcım səbəb olub. Belə ki, daş kömürü daşıyan lokomotivin batareyası (batrisi) qurtarıb. Fəhlələr isə yeni batareya quraşdırmaq əvəzinə səhvə yol veriblər. Digər bir batareya vasitəsilə, yəni “batareya-batareya” üsulu ilə lokomotivi yenidən işə salmağa və yaranmış problemi aradan qaldırmağa cəhd göstəriblər. Bunun nəticəsində isə saçan bir qığılcım güclü partlayışa səbəb olub.

 

Partlayışda isə ölənlərin 9-u podratçı (peymankar), 26-sı isə mədən fəhləsidir. Hadisə nəticəsində onlarla insan da yaralanıb və xəstəxanalara yerləşdirilib. Olayın təfərrüatını araşdırmaq üçün komitə yaradılıb”.

 

İran rəsmiləri hadisə zamanı mədəndə 80 nəfərin olması ilə bağlı yaydıqları əvvəlki xəbəri təkzib ediblər.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19

gun az article

Fransada təyyarənin partlaması nəticəsində 2 nəfər ölüb

2021-06-19

gun az article

İstanbulda zəlzələ olub

2021-06-19

gun az article

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdu

2021-06-19

gun az article

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

2021-06-19

gun az article

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək

2021-06-19

gun az article

Rusiyada təyyarə sərt eniş edib – 7 nəfər ölüb, yaralılar var

2021-06-19

gun az article

Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19

gun az article

Azərbaycan şahinləri “Anadolu Qartalı – 2021”ə hazırlaşır – FOTO

2021-06-19

gun az article

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

2021-06-19

gun az article

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2021-06-19