İranın Daxili İşlər naziri Təbrizin millət vəkilini məhkəməyə verdi

2021-04-09 12:40

İranın Daxili İşlər Nazirliyinin parlamentdəki nümayəndəsi Məhəmməd Cavad Kulivənd qurumun Təbrizin millət vəkilini məhkəməyə verəcəyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Millət vəkili 2019-cu ilin noyabr etirazlarında nazir Əbdülrza Rəhmani Fəzlinin rolu ilə bağlı dediklərinə görə qəzəbə tuş gəlib.

Kulivənd millət vəkilinin aprelin 7-də parlamentdə nazirin istizahını (impiçment) tələb etməsinə toxunub, onun “nazirin əli xalqın qanına batıb” ifadəsinə görə məhkəməyə veriləcəyini deyib.

Daxili İşlər Nazirliyinin parlamentdəki nümayəndəsi Əhməd Əlirzabəylini inciklik yaratmaqda və inadkarlıqda günahlandırıb. 

 

O, millət vəkilinin noyabr etirazlarında kimlərin və hansı təhlükəli cərəyanların təşkilatçılıq etmələrindən xəbərdar olduğunu deyib.

Xatırladaq ki, Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərindən İran parlamentinə seçilən Güney azərbaycanlı millət vəkili Əhməd Əlirzabəyli hakimiyyəti tayfabazlıqda ittiham edib. 

O, bu barədə İran parlamentinin aprelin 7-də keçirilən iclasında çıxış edərkən danışıb.


"Parlamentin daxili nizamnaməsinin 221-ci maddəsi əsasında daxili işlər nazirinin istizahında (impiçment) israr edirəm. İran xalqı bilir ki, parlamentin 10-cu dövründə hakim olan siyasi tayfaçılıq ucbatından mənim bu barədə məsələ qaldırmağıma imkan verilmədi”-deyə, o bildirib.

 

Millət vəkili 11-ci parlament dövründə də Daxili İşlər nazirinin istizahını (impiçment) tələb etdiyini, ancaq bunun qulaqardına vurulduğunu söyləyib.

Əhməd Əlirzabəyli Milli Təhlükəsizlik Şurası katibinin çıxışına istinadən bildirib ki, 2019-cu ilin noyabr etirazlarında insan ölümləri və xəsarətlər olmadan da məsələni həll etmək mümkün idi. Bu işdə Daxili İşlər nazirinin günahı danılmazdır.

 

Şəhər və kənd şuraları və prezident seçkilərinin yaxınlaşdığını qeyd edən Əhməd Əlirzabəyli seçkilərdə Daxili İşlər nazirinin nəzarət etməsini düzgün saymayıb. Onun sözlərinə görə, bu, qəbuledilməzdir.


“Elan edirəm ki, Daxili İşlər nazirinin əli xalqın qanına batıb, ona belə bir əhəmiyyətli məsuliyyət tapışırmamalıdır"-millət vəkili bildirib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında yanacağın gözlənilməz bahalaşmasına etiraz olaraq başlayan aksiyalarda minlərlə insan həbs olunub. Çox sayda insan yaralanıb və yüzlərlə etirazçı güllələnib.

 

İran rəsmiləri öldürülənlərin sayının 300 nəfərə yaxın olduğunu etiraf ediblər. Ancaq beynəlxalq insan haqları təşkilatları bu rəqəmin 1500 civarında olduğunu deyirlər. Etirazçılara qarşı qırqında ən çox adı hallanan o vaxt İran Təhlükəsizlik Şurasına başçılıq edən daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlidir.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11