İranın Dezful şəhərində xristianlığı qəbul edən daha 3 nəfər həbs edilib

2021-04-20 15:55

İranın Xuzistan əyalətinin Dezful şəhərində islamı tərk edərək xristianlığa keçən daha 3 nəfər həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

İran xristianlarının xəbər saytı kimi tanınan “mohabatnews.com” saytının yaydığı məlumata əsasən, İranın mülki geyimli təhlükəsizlik əməkdşları aprelin 19-u, sübh saatlarında yeni xristian İsmayıl Nərimanpurun mənzilinə basqın edərək, onu tutub özləri ilə naməlum istiqamətə aparıblar. 


Evdə yoxlama aparılıb, yeni xrisiana məxsus dini kitaxblar və daha bir sıra şəxsi əşyaları götürülüb. 


ETTELAAT əməkdşları həmçinin bu gün xristianlığı qəbul edən və xristian dindarlar arasında Davud adı ilə tanınan Məhəmməd Əli Turabinin Dezful şəhərindəki mağazasına basqın ediblər. Təhlükəsizlik əməkdşları Məhəmməd Əli Turabini yaşadığı mənzilə apararaq evində yoxlama aparıblar və onun mobil telefonunu əlindn aldıqdan sonra ona həmin gün ifadə vermək üçün ETTELAAT idarəsinə müraciət etməsini bildiriblər. Bildirilir ki, Məhəmməd Əli Turabi ETTELAAT idarəsinə gedib dindirildikdən sonra həbs edilib.


Qeyd edilir ki, “Pəyam-e rəhayi” (Qurtuluş mesajl) kilsəsinin üzvlərindən olan Məhəmməd Əli Turabi 2017-ci ilin oktyabr ayında dini əqidəsinə görə həbs edilsə də, sonradan 200 milyon tümənlik mülki vəsiqə girovu qoyaraq Dezful zindanından azadlığa buraxılmışdı.


Yayılan məlumata görə, ETTELAAT əməkdaşları Dezful şəhərində Əlirza Vərəkşah adlı daha yeni bir xristianı da həbs ediblər. Bildirilir ki, o ifadə vermək üçün ETTELAAT idarəsinə çağırıldıqdan sonra həbs edilib.


Saxlanılan yeni xristianların hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.


Qeyd edək ki, İrandakı islam cəza qanununa görə, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq, İran rejimi bu kimi şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onlara qarşı alternativ cəzalar tətbiq edir, həmişə təzyiq və təqibə məruz qoyur, uzin müddətli həbsə məhkum edirlər.

 
1979-cu ildə, İranda radikal şiə axundların hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə adam həbs edilib və ya repressiyalara məruz qoyulub.

ایمانداران واقعی: بازداشت و بی خبری از وضعیت نوکیشان مسیحی در شهرهای مختلف  ایران

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18