SON XƏBƏRLƏR

İranın Dorud şəhərində dinc etirazçılara odlu silahdan atəş açılıb, 3 nəfər şəhid olub, 1 nəfər yaralanıb- VİDEOLAR

2021.10.20, 07:36
İranın Dorud şəhərində dinc etirazçılara odlu silahdan atəş açılıb, 3 nəfər şəhid olub, 1 nəfər yaralanıb- VİDEOLAR

Gunaz.tv

GünAzTV: Dekabrın 30-u axşam saatlarında İranın Loristan əyalətinin Dorud şəhərində hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarları səsləndirən dinc etirazçıların üstünə odlu silahlardan atəş açıblar.

 

Atəş nəticəsində 3 aksiyaçı güllə yarası alaraq yerindəcə şəhid olub, 1-i ağır yaralanıb. Şəhid olan aksiyaçılardan ikisinin kimliyini müəyyənləşdirmək mümkün olub: Həmzə Ləşəni və Hüseyn Rəşno. Ölən və yaralanan digər iki etirazçının adları hələlik bəlli deyil. Sosial şəbəklərdə polisin və mülki geyimli təhlükəsizlik qüvvələrinin dinc aksiyaçılara qarşı atəş açması görüntülərini əks etdirən videolar yayılıb. Hazırda Dorud şəhərində vəziyyətin çox gərgin olduğu bildirilir.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə, İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar və yürüşlər keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və ölkənin digər rəsmilərinə qarşı sərt şüarlar səsləndirilib. Xalq etirazları səngimir və getdikcə daha da kütləviləşir.

 

Hökumət qüvvələrinin dinc etirazçılaraın üstnə atəş açması görüntülərini əks etdirən

 

VİDEOLAR:

 

https://www.youtube.com/watch?v=gDajbAuuJ6E

 

https://www.youtube.com/watch?v=zsHHrtc7TzE

 

 A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar