SON XƏBƏRLƏR

İranın Əhvaz şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Əhvaz şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırlaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum 4 gün əvvəl dar ağacından asılsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə iki polis əməkdaşını qətlə yetirməkdə günahlandırılaraq həbs edilən məhkum Məhəmməd Şekaf, iyunun 15-i sübh saatlarında Xuzistan əyalətinin mərkəzi olan Əhvaz şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Həmçinin bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək üçün, bir çox hallarda bir sıra məhkumları gizli şəkildə edam edir və həmin edamlar mediada işıqlandır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar