İranın Əhvaz şəhərində rejimə qarşı kütəvi etirazlarda tutulanların sayı 40 nəfərə çatıb - VİDEO

31.03.2018, 11:27

GünAzTV: İranda, yerli ərəblərin doğma vətəni olan Xuzistan əyalətinin Əhvaz şəhərində rejimin ərəblərə qarşı yürütdüyü irqçilik siyasətinə qarşı keçirilən dinc etirazlarda tutulanların sayı 40 nəfərə çatıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd gün əvvəldən başlanan etirazlar, ötən cümə günü də davam edib. Bildirilir ki, martın 30-da minlərlə əhvazlının qatldığı etirazlarda, İran Dövlət Televiziyasında ölkədə ərəb xalqının varlığını və onun milli kimliyini inkar edən verilişin düşünülmüş şəkildə yayılmasına kəskin etiraz bildirilib. Qeyd olunur ki, Əhvazın mərkəzində yerləşən Nadiri küçəsində polis və təhlükəsizlik qüvvələrinin dinc aksiyaçılara qarşı isti silah, dəyənək və gözyaşardıcı qazdan istifadə etməsindən sonra etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə bir neçə aksiyaçı yaralanıb, onlarla nəfər tutularaq naməlum istiqamətə aparılıb. İrandakı ərəb mənbələrinin yaydığı xəbərə əsasən, son üç gündə Əhvazda keçirilən etirazlarda tutulanların sayı 40 nəfəri aşıb.

 

Məlumatda bildirilir ki, həmin gün, etirazlar Xuzistan əyalətinin Mahşəhr və Kut Abdulla şəhərlərində də davam edib və aksiyaçılardan bir neçəsi polis zorakılığına məruz qalaraq həbs edilib. Əhvazlı mənbələr, tutulanlardan bəzilərinin adları müəyyənləşdirə bilib: Xalid Məhavi, Mahmud Beyt Səyyah, Ayişə Nisi, Xədicə Nisi, Səəd Nəvasiri, Əsəd Nəvasiri və Məhəmməd Cəlil Konun.

 

Həbs edilənlərin hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb. 

 

Xatırladaq ki, martın 23-də İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan bir uşaq verilişində, azyaşlı aparıcı İran xəritəsində müxtəlif millətlərin yaşadığı bölgələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvaza gəlincə, yerli ərəblərə məxsus geyimi olan gəlincik yox, başqa bir gəlincikdən istifadə edilib. Bununla da burada hər hansı bir ərəbin olmamasına eyham vurulub. Bu irqçi hərəkət isə, yerli ərəb xalqının kəskin etirazına səbəb olub.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28

gun az article

Kanada İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-28

gun az article

Ceyhun Bayramov: "Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir"

2023-03-27

gun az article

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

2023-03-27

gun az article

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb

2023-03-27

gun az article

Çin və Avropa İttifaqı Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əleyhinədir

2023-03-27