İranın Əlbürz əyalətində son sutkada daha 7 ölüm halının qeydə alınması ilə bu günə qədər koronavirusadan ölənlərin sayı 2743 nəfərə yüksəlib.
Gunaz.tv
Bu barədə Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthiu fevrqalın 26-da məlumat yayıb.
Rektor deyib ki, ötən bir gündə daha 15 nəfər “Covid-19” simptomları ilə xəstəxanalara yerləşdirilib: “Beləliklə də Əlbürz əyalətində bu günə qədər xəstəliyə yoluxma səbəbi ilə xəstəxanalara yerləşdirilənlərin sayı 31 748 nəfərə yüksəliub.
Hazırda isə 283 nəfər tibb mərkəzlərində müalicəsini davam etdirir və təəssüflər olsun ki, onlardan 86 nəfərinin qəti şəkildə virusa yoluxduğu təsdiq edilib.
Həmçinin son sutka ərzində 7 nəfər də xəstəlikdən dünyasını dəyişib və bununla da indiyə qədər “Covid-19” dan vəfat edənlərin sayı 2743 nəfərə çatıb.
Xoşbəxtlikdən, koronavirusun yayılmağa başladığı gündən indiyə qədər 28 719 nəfər də xəstəlikdən tam sağalaraq evə buraxılıb”, -deyə Əlbürz əyalətinin Tibb Universitetinin rektoru Məhəmməd Fəthi bəyan edib.
A.M