SON XƏBƏRLƏR

İranın ən dindar şəhərlərindən olan Qumda daha 2 qadın baş örtüklərini açıblar - VİDEO

2021.10.20, 07:36
İranın ən dindar şəhərlərindən olan Qumda daha 2 qadın baş örtüklərini açıblar - VİDEO

Gunaz.tv

GünAzTV: İranın ən dindar şəhəri olan Qumda, molla rejiminin məcburi hicab siyasətinə etiraz əlaməti olaraq daha 2 qadın küçədə baş örtüklərini açıblar.

 

Sosial şəbəkələrdə yayılan bir video-çarxda baş örtüklərini açaraq küçədə yeriməyə başlayın həmin xanımlar, məcburi hicaba qarşı çıxdıqlarını bildiriblər. Hicabsız, özlərini daha sərbəst hiss etdiklərini bildirən xanımlar qeyd ediblər ki, hər kəsin, o cümlədən də qadınların öz geyimlərini seçməyə haqqı tanınmalıdır.

 

Küçədə baş örtüklərini açdıqlarına görə bu xanımların sonradan tutulub-tutulmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar