SON XƏBƏRLƏR

İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 38 yaşlı müttəhim Şəhram Məhəmmədi Vahid, avqustun 26-sı sübh saatlarında Ərdəbil şəhərinin mərkəzi zindanında dara çəkilib. Barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameraya köçürülən müttəhim, üç il əvvəl naməlum səbəbdən qətl törətdiyinə görə həbs edilmiş və həmin vaxtdan Ərdəbil həbsxanasında saxlanılırdı.

 

Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar