SON XƏBƏRLƏR

İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünazTV: İranda cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum 5 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan məhkum, aprelin 18-i sübh saatlarında Ərdəbil zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə pruosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar