SON XƏBƏRLƏR

İranın Gəçsaran şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Gəçsaran şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhim Kəramət Həsəni 8 il həbsdə saxlandıqdan sonra avqustun 20-si sübh saatlarında Gəçsaran şəhərinin zindanında dara çəkilib.

 

Bildirilir ki, 2010-cu ildə İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Başt şəhərinin kəndlərində birində ailə üzvləri ilə birlikdə yaşayan müttəhimin evinə gecə saatlarında 3 quldur tərəfindən basqın edilib. Hadisə zamanı müttəhim və onun ailə üzvləri kəndin yeganə sakinləri olub. Basqınçılarla ailə üzvləri arasında yaranan qarşıdurmada müttəhimin oğlu quldurlardan birini zərərsizləşdirsə də, digər yaraqlı quldurlar tərəfindən qətlə yetirilib. Nəticədə, oğlunun gözləri qarşısında qətlə yetirildiyini görən Kəramət Həsəni, ov tüfəngindən istifadə edərək iki oğruya atəş açıb. Atəş nəticəsində basqınçılardan biri yerindəcə həlak olub, digəri yaralanaraq iflic vəziyyətinə düşüb.

 

Müttəhim, məhkəmədə verdiyi ifadəsində özünü və ailə üzvlərini evlərinə basqın edən yaraqlı quldurlardan qorumaq üçün istəmədən qətl törətmək məcburiyyətində qaldığını bildirsə də, məhkəmə onun ifadələrini rədd edərək edama məhkum edib. Müttəhim, məhkəmənin barəsində çıxardığı hökmə etiraz əlaməti olaraq ötən ilin dekabrında 1 həftə aclıq aksiyası keçirsə də, onun etirazı nəticəsiz qalıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar