SON XƏBƏRLƏR

İranın Gülbahar şəhərində gecə qonaqlığına qatılan daha 50 qız və oğlan tutulub

2021.10.20, 07:36
İranın Gülbahar şəhərində gecə qonaqlığına qatılan daha 50 qız və oğlan tutulub

Gunaz.tv

GünazTV: İranın Rəzəvi Xorasan əyalətinin Gülbahar şəhərində gecə qonaqlığına qatılan daha 50 qız və oğlan tutulub. Bu barədə Gülbahar prokururu dekabrın 16-da jurnalistlərə açıqlama verib.

 

O deyib ki, qız və oğlanların özəl qonaqlıqlar təşkil edərək bir yerə toplaşıb birlikdə əylənməsi ölkəyə hakim dəyərlərə zidd addımdır və polis bu kimi halların qarşısını alacaq: “Müttəhimlər tutularkən sərxoş vəziyyətdə birlikdə rəqs edərək şənlik edirdilər. Bu isə yolverilməzdir. Qız və oğlanlar bir yerə toplaşdıqları villa sahibi ilə birlikdə həbs edərək zindana salınıblar. Hazırda məsələ araşdırılır” –deyə, Gülbahar prokuroru əlavə edib.

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2250-dən çox qız və oğlan həbs edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar