SON XƏBƏRLƏR

İranın Gülüstan əyalətində 5 yaşlı türkmən qızını zorlayaraq qətlə yetirən qatil edam edilib

2021.10.20, 07:36
İranın Gülüstan əyalətində 5 yaşlı türkmən qızını zorlayaraq qətlə yetirən qatil edam edilib

Gunaz.tv

GünazTV: İranın Gülüstan əyalətində 5 yaşlı türkmən qızı Səlaləni oğurlayıb, zorladıqdan sonra qətlə yetirən manyak edam edilib.

 

Bu barədə Gülüstan əyalətinin baş prokuroru Hadi Haşimiyan jurnalistlərə açıqlama verib. O, bildirib ki, narkoman, manyak-qatil, bu ilin may ayında Ağ Qola şəhərinin Gəri Duci kəndində 5 yaşlı Səlaləni oğurlamaqda, onu zorlayaraq, qətlə yetirməkdə günahlandırılıb.

 

Azyaşlı qız uşağına qarşı törətdiyi cinayətə görə edama məhkum edilən və adı mediaya açıqlanmayan qatil, fevralın 24-də Ağ Qola şəhərinin Gəri Duci kəndində ictimaiyyət qarşısında dara çəkilib.

 

A.M 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar