SON XƏBƏRLƏR

İranın Həmədan şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
 İranın Həmədan şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib.

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl naməlum səbəbə görə, bir ailənin dörd üzvünü qətlə yetirdiyinə görə 4 dəfə edama məhkum edilən və adı mediaya açıqlanmayan məhkum, aprelin 15-i sübh saatlarında Həmədan zindanında dara çəkilib.

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar