İranın Hormozqan əyalətində baş verən ağır yol qəzasında ən azı 6 nəfər yerindəcə keçinib, 31 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Gunaz.tv
Hormozqan yol polsi rəisinin müavini mediaya açıqlamasında deyib ki, hadisə bu gün əyalətin Kəhnuc-Rudan magistral yolunda baş verib:
“Dünən axşam saatlarında Zahidandan yola çıxaraq Bəndər Abbasa gedən sərnişin avtobusu bu gün sübh saatlarında Rudan tunelini keçəndən sonra tormoz sistemində yaranmış texniki nasazlığa görə aşaraq qarşıdan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində 6 nəfər yerindəcə həlak olub, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılardan 15-i hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə Rudan xəstəxanasına, 11-i Menucanın “İmam Hüseyn” tibb, 5-i isə Kəhnuc xəstəxanasına çatdırılıb”, -deyə Hormozqan əyalətinin yol polsi rəisinin müavini bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alırlar.
A.M