SON XƏBƏRLƏR

İranın idxal etdiyi məhsullarda 121 faizlik inflyasiya həddi qeydə alınıb- Foto

2021.10.20, 07:36
İranın idxal etdiyi məhsullarda 121 faizlik inflyasiya həddi qeydə alınıb- Foto

Gunaz.tv

GünAz TV: İran Statistika Mərkəzinin yaydığı məlumata görə, 2018-ci ilin payız fəslində ölkəyə idxal edilən məhsulların riyal ilə olan qiymətlərində ötən ilin analoji dövrü ilə nisbətdə 121 faiz artım müşahidə edilib.

 

Statistikaya əsasən, idxal edilən məhsulların qiymətlərində payız fəslində yaya nisbətən 29% artım olub.

 

Digər tərəfdən, 2018-ci ilin payızında İranda dolların məzənnəsi 11-12 min tümən arasında dəyişib, hansı ki, bu göstərici ondan bir il əvvəl 4600 tümən idi. Bu isə göstərir ki, bu 1 il ərzində dollar riyal qarşısında 160%, digər sözlə desək, 2.6 dəfə bahalaşıb.

 

Buna baxmayaraq, idxal edilən məhsulların riyalla olan qiymətlərində olan artım dolların riyal qarşısında artımından cüzi olaraq aşağı olub.

 

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl İranın Dövlət Gömrük Komitəsinin saytı qurumun rəhbərinə istinadən hicri təqvimlə 1397-ci ilin ötən 11 ayı ərzində ölkəyə 11 milyard dollar dəyərində gündəlik tələbat mallarının gətirildiyi barədə məlumat yaymışdı. Bu müddət ərzində ümumi idxalatın həcmi 35.5 milyard dollar olub. Bu isə gündəlik tələbat mallarının ölkə idxalatının təqribən ¼-ni təşkil etdiyini göstərir.

 

İdxal edilən məhsulların dollarla olan qiymətlərinin artımı:

 

İranın xaricdən dollarla aldığı məhsulların qiymətində 2018-ci ilin payızı ilə 2017-ci ilin analoji dövrünün müqayisəsində təqribən 19%-lik artım nəzərə çarpır.

 

Beynəlxalq statistikalara əsasən, İranın öz daxili bazarını təmin etmək üçün məhsul idxal etdiyi Çin, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliklərində inflyasiya həddi bu müddət ərzində yüksək olmayıb. Bu hədd Çin və Avropa ölkələrində 2.2%, BƏƏ-də isə 3.5% təşkil edib. Bu halda bu ölkələrdən İrana idxal edilən məhsulların qiymətində 19 faiz civarında artımın səbəbi müəyyən deyil.

 

Güman edilir ki, bu sahədə qiymət artımı sanksiya dövründə məhsulların daşınması üçün sərf edilən sığorta, pul köçürmə və tranzit xərclərinin artmasıdır. Bu xüsusda Həsən Ruhani də daxil olmaqla, əksər rəsmilər keçmiş prezident Mahmud Əhmədinejadın hakimiyyət illərində qəbul edilmiş sanksiyalar səbəbindən idxal edilən məhsulların ixdal xərclərinin 20% artdığını bəyan ediblər.

 

Qeyd edilən dövrdə sənaye, dəri, elektrik, tibbi məhsulların, eləcə də iş alətlərinin dollarla olan qiymətlərində 26%-dən 32%-ə qədər bahalaşma müşahidə edilib. Bu bahalaşma riyalla olan qiymətlərdə 150-234% arasında dəyişib.

 

Dövlətin xaricdən idxal edilən gündəlik təlabat mallarının qiymətinin kəskin həddə artmaması üçün gördüyü maliyyə tədbirləri də kəskin bahalaşmanın qarşısını ala bilməyib.

 

Misal üçün İran Statistika Komitəsinin yaydığı rəsmi məlumatda yuxarıda qeyd edilmiş dövr ərzində idxal edilən ət məhsullarının riyalla olan qiymətinin yalnız 12.3% artdığı qeyd edilir. Hansı ki, həqiqətdə ət məhsullarının qiyməti 50% artıb.

 

Ətin qiymətinin qalxmasının səbəbi heyvandarlıq müəssisələrinin xərclərinin artması ilə bağlıdır. Belə ki, İran Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin payızından 2018-ci ilin payızına qədər bu xərclər fərdi heyvandarlıq təsərrüfatlarında 58%, fermalarda isə 68% artıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar