SON XƏBƏRLƏR

İranın irqçi mövqeyi pul sikkələrində də öz əksinə tapacaq – “Parse”…

2021.10.20, 07:36
İranın irqçi mövqeyi pul sikkələrində də öz əksinə tapacaq – “Parse”…

Gunaz.tv

GünAz TV: İran dövləti daha bir irqçi qərara imza ataraq xırda pula rəsmən “Parse” adı verib.

 

Dövlətin fars irqçiliyi istiqamətində atdığı yeni addım ölkədə qeyri-fars millətlərinin yox sayılmasını göstərməkdədir.

 

İran mediasında yayılan məlumata görə, ölkə prezidenti Həsən Ruhaninin parlamentə təqdim etdiyi pul və bank qanununun islah olunması ilə bağlı layihədə pul vahidi “rial”dan “tümən”ə dəyişib, xırda pul üçün isə “Parse” adı verilib.

 

Bu gün 10- rial 1 tümənə bərabərdir. Yeni pul vahidində 100 parse 1 tümənə bəraər olacaq.

 

“Parse” sözü pars və ya fars qövmünün adından götürülüb. İranın rəsmi xəbər agentlikləri isə “Parse” sözünün “Təxt-i Cəmşid”in qədim adı olduğunu iddia edir.

 

Müstəqil tarixçilər və araşdırmaçılar İranda “Təxt-i Cəmşid”in tarixinin saxtalaşdırıldığını təkidlə bildirir.

 

Şübhəsiz ki, bütün bunlar fars irqçiliyi ideyasını qeyri-fars millətlərə sırımaq məqsədi güdür. Bunu bilən qeyri-fars millətlərinə mənsub sosial şəbəkələr istifadəçiləri hökumətin atdığı irqçi addımı sərt şəkildə pisləyərək yeni pulun əhali tərəfindən boykot edilməsini tələb edirlər.

 

Bundan əvvəl İranda 5 min tümənlik əskinaslara islam peyğəmbərinin fars qövmünü öydüyü barədə bir saxta hədis yazılmışdır. Rejimin bu hərəkəti azərbaycanlılarla yanaşı dinşünasları da etiraza vadar etdi. Soydaşlarımız həmin əskinaslara etiraz mətnləri yazaraq rejimin irqçi hərəkətini kəskin şəkildə pislədilər.

 

N.S

 

 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar