SON XƏBƏRLƏR

İranın İsfahan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın İsfahan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilən daha 1 nəfər edam edilib. Hadisə on gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl məişət zəminində baş verən bir davada istəmədən qətl törədən Güney Azərbaycanın Həştpər şəhər sakini, müttəhim Cəfər Firuzxani, mayın 13-də İsfahanın mərkəzi zindanında dara çəkilib. Bildirilir ki, ölüm hökmünün icrasına qədər 4 ilə yaxın bir müddət Nəcəfabad həbsxanasında saxlanılan müttəhim, edamından bir neçə gün qabaq İsfahanın mərkəzi zindanına köçürülmüşdü.

 

                                                          İsfahanın mərkəzi zindanı

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar