SON XƏBƏRLƏR

İranın İsfahan şəhərində saxta alkoqollu içkilərdən 6 nəfər ölüb, 43 nəfər zəhərlənib

2021.10.20, 07:36
İranın İsfahan şəhərində saxta alkoqollu içkilərdən 6 nəfər ölüb, 43 nəfər zəhərlənib

Gunaz.tv

GünazTV: İranın İsfahan şəhərində saxta alkoqollu içkilərdən 6 nəfər ölüb, 43 nəfər ağır zəhərlənib. 

 

Bu barədə, İsfahan Tibb Elmləri Universitetinin rektoru Tahirə Çingiz mayın 22-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, əldəqayırma içkilərdən zəhərlənənlər İsfahan şəhərinin müxtəlif xəstəxanalarına yerləşdirilib: “Təəssüflər olsun ki, ötən cümə axşamı günündən indiyə qədər saxta alkoqollu içkilərdən ölənlərin sayı 6-ya çatıb. Digər zəhərlənənlər də hazırda həkimlərin nəzarəti altında saxlanılır. Onlardan isə bəzilərinin səhhəti ağırdır ” –deyə Tahirə Çingiz əlavə edib.

 

Xatırladaq ki, son aylarda İranın bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukanda yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

 

 

Qeyd edək ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır. Məhz həmin səbəbə görə də, insanlar bir çox hallarda ev şəraitində gizli şəkildə hazırlanmış qeyri-standart, əldəqayırma içkilərdən istifadə etmək məcburiyyətində qalırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar