İranın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı onu lentə almağa çalışan TRT müxbirinə hücum edib.
Gunaz.tv
TRT World Turkey-in jurnalisti və müdafiə analitiki Obi Şahbəndər, fevralın 11-i gecə saatlarında özünün Twitter hesabında bir video paylaşaraq yazıb:
“Çəkiliş apararkən İranın İstanbuldakı Baş Konsulluğunun əməkdaşından iranlı bir diplomatın Məsud Vərdənjaninin(Moləvi) ölümündə günahlandırılaraq tutuqlanması barədə soruşduq. İranlı diplomat buna görə konsulluğun qarşısında bizə hücum etdi.”
Türkiyə mətbuatı İranın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Məhəmməd Rza Nasirzadənin Məsud Moləvinin qətlində günahlandırılaraq tutuqlandığını yazıblar.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu xəbərə cavab olaraq bildirib ki: “Ölkəmizin konsulluğunun heç bir əməkdaşı həbs olunmayıb. "Mediada adı çəkilən şəxs konsulluğun əməkdaşı deyil və məsələni aydınlaşdırmaq üçün rəsmi kanallar vasitəsilə Türkiyə rəhbərliyi ilə əlaqə saxlayırıq."
C.E