SON XƏBƏRLƏR

İranın İsveçdəki səfirliyinin qarşısında Etiraz Aksiyasi (mitinq) keçiriləcək

2021.10.20, 07:36
İranın İsveçdəki səfirliyinin qarşısında Etiraz Aksiyasi (mitinq) keçiriləcək

Gunaz.tv

GünAz TV: Sentyabrın (September) 4-də İsveçin paytaxtı Stokholmda Urmu gölünün qurudulmasına etiraz mitinqi keçiriləcək.

Məlumat “Media forum”a Urmu Gölünü Qoruma Komitəsindən verilib. Stokholmdan göndərilən yazılı açıqlamada etiraz aksiyasının (göstəri, mitinq) İranın İsveçdəki səfirliyinin qarşısına təyin olunduğu bildirilir.

 

Urmu Gölünü Qoruma Komitəsinin aksiyaya çağırış bəyanatında deyilir: “İran rejiminin Azərbaycan türklərinə qarşı apardığı assimilyasiya (asimilasyon) və yox etmə siyasəti nəticə verməyincə bu dəfə millətimizə daha qeyri-insani yollarla savaş elan edilib. Urmu gölü Azərbaycanın göz bəbəyi və incisidir, bu göz bəbəyini yerindən oymaq istəyən mərkəz onun suyunu yavaş-yavaş qurudaraq çevrədəki azərbaycanlıları yurdlarından didərgin salmaq niyyətindədir. “Türksüz Azərbaycan” siyasətinin icrasının şahidiyik. Hədəf gələcək nəsillərimizə yaşana bilməz bir Azərbaycan təhvil verməkdir, bununla da oyanmış və kimliyinə yiyələnən bir millətin gələcəyini yox etməyə hazırlaşırlar.

 

Dəyərli Azərbaycan türk milləti! Bu siyasətə etiraz olaraq sentyabrın 4-ü İranın İsveçdəki səfirliyi qarşısında mitinq keçiriləcək. Biz öz hüzurumuzla İran rejiminə bir daha göstərəcəyik ki, yurdumuzun sahibiyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar