SON XƏBƏRLƏR

İranın kabaddi komandasının 2 üzvü ölkəyə qatıtmaqdan imtina edərək Avstraliyadan siyasi sığınacaq istəyib

2021.10.20, 07:36
İranın kabaddi komandasının 2 üzvü ölkəyə qatıtmaqdan imtina edərək Avstraliyadan siyasi sığınacaq istəyib

Gunaz.tv

GünAzTV: Avstraliyanın Melburn şəhərində kabaddi üzrə Dünya Kuboku uğrunda keçirilən yarışlara qatılan İranın Milli Kabaddi Komandasının 2 üzvü, Muctaba Şadkam və Əmir Dehqani  Qazani ölkəyə qatıtmaqdan imtina edərək, Avsraliya hökumətindən siyasi sığınacaq istəyib.

 

Hər iki idmançı jurnalistlərə açıqlamalarında ölkəyə qayıtmaqdan imtina etdiklərinin səbəblərini şərh edərək, İranda idmanın müxtəlif sahələrində idmançılara göstərilən təzyiqlərdən danışıblar. Kabaddi üzrə Dünya və Asiya çempionatı uğrunda bir neçə medal sahibi olan Muctaba Şadkam jurnalistlərə deyib ki, İranda idmana fasid şəxslər rəhbərlik edirlər: “Bizim idmanımıza çox fasid bir atmosfer hakimdir. Federasiyaların əksəriyyətinin rəhbərləri ya təhlükəsizlik qüvvələrinə bağlı adamlardır, ya da “Sepah”çılardır. Onların idmana marağı və qayğısı yoxdur. Onlar, sadəcə olaraq ölkəyə hakim islam diktatorluğuna qulluq edirlər.

 

İranda idmanı bürümüş üfunət dolu bu fəsaddan ürəyi qana dönməyən idmançı tapmaq çətindir. Hansı idmançı istəyər ki, korrupsioner və fasid bir rejimin təbliğatçısına çevrilsin. Həqiqi idmançı, o şəxsdir ki, yalnız öz xalqına iftixar qazandıraraq, onu sevindirə bilsin. Bizdə başqalarından azca fərqli görünmək istəyən idmançılara böhtan atır, şantaj edirlər. İdmançıları həmişə təzyiq altında saxlayırlar. Onlar, idmançıların hakim sistemin ideologiyası çərçivəsindən çıxıb-çıxmadığını öyrənmək üçün hər yerdə onlara qarşı nəzarəti gücləndirirlər. Onlar, bizdən islam respublikası sisteminin təbliğatçısına çevrilməyimizi istəyirlər. Lakin mən azad bir insan kimi böyüdüyüm üçün heç vaxt yaltaqlıq etməyi öyrənə bilmədim və bunu bacarmıram”.

 

Əmir Dehqani Qazani isə bildirib ki, o, Melburnda keçirilən yarışlar zamanı idmançılara  edilən haqsızlıqlara etiraz edərək, onunla İran Kabaddi Federasiyasının rəhbəri arasında mübahisə yaranıb: “O bizi təhdid edərək, rejimin qırmızı xəttini pozmaqda günahlandırdı. Dedi ki, Tehrana qayıdan kimi bizi ağır tənbeh edəcək”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar