SON XƏBƏRLƏR

İranın Kanadadakı mülkləri satılıb, pulları terror qurbanlarına təzminat kimi verilib

2021.10.20, 07:36
İranın Kanadadakı mülkləri satılıb, pulları terror qurbanlarına təzminat kimi verilib

Gunaz.tv

GünAz TV: İranın Kanadada yerləşən milyonlarla dollar dəyərində olan mülkləri satılıb və onların pulu rəsmi Tehranın dəstəklədiyi qruplaşmaların həyata keçirdiyi terror aktlarının qurbanlarına verilib.

 

Qlobal.news agentliyinin məlumatına görə, Ontario Ali Məhkəməsinin qərarı ilə Ottava və Torontada yerləşən bu mülklərin satışından ümumilikdə 27 milyon dollardan çox vəsait əldə edilib və onların hamısı İran rejiminin terror siyasəti nəticəsində həlak olan və yaralananların ailələrinə təzminat kimi ödənib.

 

Pullar İranın maddi, hərbi və siyasi dəstək göstərdiyi Hizbullah və Həmas kimi terror təşkilatlarının terror aktlarının qurbanları olan şəxslərə ödənib.

 

Satılan mülklərdən biri İranın Ottavada yerləşən və qiyməti milyonlarla dollar olan Mədəniyyət Mərkəzinin binası olub. Təkcə bu binanın özəl şirkətlərdən birinə satılmasından əldə edilən məbləğ 26.5 milyon dollar olub.

 

Eləcə də, Torontoda yerləşən, rəhbəri İran səfirliyinin işçilərindən biri olan adı çəkilməyən şirkətə məxsus İran Araşdırmaları Mərkəzi isə 1 milyon 850 milyon dollara satılıb.

 

Hizbullah və Həmasın terror aktlarının qurbanı olmuş amerikalı bir neçə şəxsin ailəsi də Kanada məhkəmələrində İrana qarşı şikayət edib və mülklərin satışından əldə edilən pullardan onlara da təzminat kimi verilməsini tələb edib.

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Kanada məhkəməsinin qərarını “qanunsuz” adlandırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar