SON XƏBƏRLƏR

İranın keçmiş diplomatı Hüseyn Şeyxülislam koronavirusdan ölüb

2021.10.20, 07:36
İranın keçmiş diplomatı Hüseyn Şeyxülislam koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İran xarici işlər nazirinin keçmiş müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

 

İran mediasının yaydığı xəbərə görə, bundan əvvəl həm də bir müddət İranın Suriyada səfiri vəzifəsində işləmiş Hüseyn Şeyxülislam, martın 5-də Tehranın “Məsih Daneşvər” xəstəxanasında həyatını itirib.

 

Bildirilir ki, Hüseyn Şexülislam, 1979-cu il noyabrın 4-də Amerikanın Tehrandakı səfirliyini işğal edən və amerikalı diplomatları 444 gün müddətinə girov saxlayan “ayətullah” Ruhullah Xomeyni tərəfdarı olan radikal hizbullahçı tələbələrdən biri idi.

 

İran parlamentinin sədr müşaviri Hüseyn Abdullahiyan, martın 4-də jurnalistlərə açıqlamasında, xəstəxanada müalicə alan sabiq diplomatın səhhətinin  sağalmağa doğru getdiyini və onun artıq reanimasiya şöbəsindən köçürüldüyünü bildirmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar