SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barəsində çıxarılan ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameraya köçürülən məhkum Məcid Ərəb Əli, avqustun 7-si sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar