SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 3 məhbus dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 3 məhbus dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırıldığına görə ölüm hökmü almış daha 3 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hər üç müttəhim (Yasər İslami, Mahmud Əkbəri və Ümid Xosrov Nəjad) oktyabrın 3-ü sübh saatlarında Kərəcin Rəcayişəhr zindanının həyətində dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar