SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 5 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 5 məhkum dara çəkilib

Gunaz.tv

GünAz TV: Avqustun 7-də İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında ən azı 5 məhkum edam edilib.

 

Qətldə günahlandırılaraq ölümə məhkum edilən məhbuslar ötən günlərdə ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülmüşdür.

 

“Herana” agentliyinin yaydığı məlumata görə, dara çəkilən məhkumların kimliyi Məhəmmədrza Şokri,Yusif Zakiri, Məcid Ərəbəli, Hüseyn Pənce Məryəm və Bəhram Türkdən ibarətdir.

 

Hələlik adı çəkilən məhbusların edam edilməsi ilə bağlı İranın rəsmi kütləvi informasiya vasitələrində heç bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar