SON XƏBƏRLƏR

İranın Kərəc və Urmiya şəhərlərində daha 14 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranın Kərəc və Urmiya şəhərlərində daha 14 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 14 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qətldə günahlandırılaraq Kərəcin Rəcayişəhr zindanında saxlanılaxn 10 məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrası ərəfəsində oktyabrın 1-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.

 

Həmçinin qəsdən adamöldürmədə təqsirli bilinən və Urmiyanın mərkəzi zindanında axlanılan 4 müttəhim, həmin gün həbsxananın təkadamlıq kameralarına köçürülüb. Edamın bir addımlığında olan məhbuslardan birinin adı (Çingiz İrani) müəyyən edilsə də, digər məhbusların kimliyi hələlik açıqlanmayıb. Hər 14 müttəhimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.  

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar