İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05 15:15

İranın Kəşfiyyat təşkilatı, Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) və Polisi güney azərbaycanlı jurnalist Yavər Sultanidən şikayət edib.

Gunaz.tv Quote | Gunaz article

GünazTV-yə daxil olan məlumata əsasən, bu üç xüsusi xidmət və hüquq-mühafizə orqanı "Maku Times" İnstagram səhifəsinin admininə təzyiq göstərmək məqsədi ilə ona qarşı  iddia ərizəsi qaldırıblar.

 

 

Yavər Sultaniyə qarşı “ictimai rəyi çaşdırmaq və nizam-intizamı pozmaq məqsədilə çağırış vermək” ittihamı irəli sürülüb.

Təhlükəsizlik təşkilatları Sultanidən "Maku Times" İnstagram səhifəsinin fəaliyyətinin dayandırmasını istəyiblər.

 

 

Sultani Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəlinin qaldırılması ilə bağlı yaydığı reportaja görə iyulun 13-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdı. O bir gün sonra 50 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.

 

 

Reportajda Sultani anti-türk və anti-ərəb xarakteri ilə tanınan Firdovsinin irqçi məzmunlu şeirlərindən nümunələr gətirərək irqçiliyin dünyanın hər yerində olursa olsun məhv edilməsinin zəruri olduğunu vurğulamışdı.

 

 

Azərbaycanlı jurnalist həmçinin afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-da və Avropada irqçiliyə qarşı etiraz aksiyalarını, bu etirazlar nəticəsində irqçi hesab edilən bir çox şəxsiyyətlərin heykəllərinin götürülməsini xatırladaraq irqçiliyi əks etdirən Firdovsi heykəlinin bir daha Makıda ucaldılmamasını ümid etmişdi.

 

 

“Sepah”ın kəşfiyyat əməkdaşları iyulun 10-da azərbaycanlı jurnalisti çağıraraq “Maku Times" səhifəsində paylaşdığı reportajın qaldırılmasını tələb etsələr də Sultani postu silməkdən imtina etmişdi.

Makı şəhərinin prokuroru da Sultanidən bir il müddətinə media fəaliyyətinə fasilə verməsini istəmişdi.

 

 

Makı Azad Universitetində inşaat üzrə təhsil alan Yavər Sultani son illərdə "Maku Times" İnstagram səhifəsində Azərbaycan və Makı şəhərinin problemlərini əks etdirməyə çalışıb.

  

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24