SON XƏBƏRLƏR

İranın Kiberməkan üzrə Ali Şurası dünyanın ən repressiv kiber qurumları sırasındadır

2021.10.20, 07:36
İranın Kiberməkan üzrə Ali Şurası dünyanın ən repressiv kiber qurumları sırasındadır

Gunaz.tv

GünAz TV: Sərhədsiz Report" href="http://www.report.az" target="_blank">Reportyorlar Təşkilatı kiber senzura ilə mübarizə günü ilə əlaqədar dünyanın 20 dövlət və qeyri-dövlət repressiv kiber orqanının siyahısını yayıb. İranın Kiberməkan üzrə Ali Şurası həmin siyahıya daxil olan orqanlardan biridir.

 

Sərhədsiz Report" href="http://www.report.az" target="_blank">Reportyorlar Təşkilatı bildirir ki, İranın Kiberməkan üzrə Ali Şurası da daxil olmaqla, həmin qurumlar casusluq və jurnalistləri təqib etmək üçün müxtəlif vasitələrdən, eləcə də rəqəmsal texnologiyalardan istifadə edirlər.

 

Təşkilatın yaydığı hesabatda qeyd edilir ki, həmin 20 qurum keberməkanda repressiya sahəsində ən pis göstəricilələ malik olmaqla yanaşı, onların fəaliyyətləri də Ümumdünya insan hüquqları bəyannaməsi 19-cu maddəsində vurğulanmış etiqad və söz azadlığı müddəasının açıq-aşkar pozulmasıdır.

 

"Kiberməkan üzrə Ali Şura 2012-ci ilin mart ayında yaradılıb və strukturu siyasi və hərbi simalardan formalaşdırılıb. Şura İranın bütün dünya ilə əlaqələrini kəsən, halal internet adlandırılan xüsusi milli internet şəbəkəsinin memarı hesab edilir", - deyə hesabatda vurğulanır.

 

Xatırladaq ki, Kiberməkan üzrə Ali Şura "dini lider" Əli Xamneyinin fərmanı ilə 2012-ci ilin mart ayında, "Milli Virtual Aləm Mərkəzi"nin əsasını qoymaq istiqamətində yaradılıb. Şuranın bütün üzvləri ya Xamneyinin birbaşa öz tərəfindən, ya da təsdiqi əsasında təyin ediliblər.

 

Qurum Xamneyinin göstərişinə uyğun olaraq, hər gün daxili və xarici virtual məkanda monitorinqlər aparır və "internetin yaratdığı ictimai fəsadlar"la bağlı qərarlar qəbul edir.


Sərhədsiz Report" href="http://www.report.az" target="_blank">Reportyorlar Təşkilatı Şuranın internetə nəzarət etmək, eləcə də müxtəlif xəbər agentliklərinin saytları, habelə "Facebook", "Twitter", "Whatsapp", "Telegram", "Signal" və digər bu kimi sosial şəbəkələrə girişi qadağan etməklə, ifadə azadlığını boğmağa çalışdığını bildirib.

 

Təşkilat hesabatda İran rejiminin Şura vasitəsilə baş verən xalq etirazları zamanı interneti söndürməsinə də diqqət çəkib və bu addımı tənqid edib.

 

Hesabatın sonunda sözügedən Şuranın bloklama texnologiyalarından bəhrələnərək, İranda internet sahəsində "müdafiə qalxanı" yaratmağa təlaş göstərməsi tənqid edilib.

 

Qeyd etmək lazımdır ki, Sərhədsiz Report" href="http://www.report.az" target="_blank">Reportyorlar Təşkilatı hesabatını bu günə təsadüf edən ümüdünya kiber senzura ilə mübarizə günü münasibətlə hazırlayıb. 

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar