GünazTV: İranın Kirman əyalətinin Faryab şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
İranın Seysmoloji Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ bu gün yerli vaxtla günorta saat 12:40 radələrində Kirman əyalətinin cənubunda yerləşən Faryab şəhərində və onun ətraf hissələrində yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması və ya insan tələfatına yol açıb-açmaması barədə hələlik hər hansı bir məlumat yayılmayıb.
A.M