İranın Kirman əyalətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.
Gunaz.tv
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ bu gün yerli vaxtla sübh saat 07:23 radələrində Kirman əyalətinin Həcdək məntəqəsinin yaxınlığında yerin 6 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ Kirman əyalətinin digər bölgələrində də hiss edilib.
Yeraltı təkanların insan tələfatına və ya dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
A.M