SON XƏBƏRLƏR

İranın Kirman şəhəri yaxınlığında yenidən 5,1 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
İranın Kirman şəhəri yaxınlığında yenidən 5,1 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

GünAzTV: Yanvarın 11-də İranın Kirman şəhərinin yaxınlığında yerləşən Həcdək məntəqəsində yenidən Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

 

İran Seysmoloji mərkəzinin bildirdiyinə görə, zəlzələ, yerli vaxtla sübh saat 06: 48 radələrində baş verib. Zəlzələnin ocağı, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində yerli əhali vahiməyə düşərək evlərini tərk ediblər. Təbbi fəlakətin hər hansı bir dağıntıya və insan tələfatına səbəb olub-olmaması haqda məlumat yayılmayıb.

 

Qeyd edək ki, son bir ayda Kirmanın Həcdək bölgəsində 3 dəfə zəlzələ baş verib və ardıcıl silkələnmələr nəticəsində Həcdəkdə və Kirman şəhərində çoxlu evlərdə çat əmələ gəlib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar