SON XƏBƏRLƏR

İranın Kirmanşah əyalətində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Kirmanşah əyalətində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 1 nəfər dara çəkilib. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.  

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə il əvvəl həyat yoldaşını ondan boşandığına görə qətlə yetirən müttəhim Əzəm Xəzayi, aprelin 31-i sübh saatlarında Kirmanşah əyalətinin İslamabadi Qərb şəhərinin zindanında dar ağacından asılıb. Onun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar