GünazTV: İranın Kirmanşah əyalətində müxalif yaraqlı kürdlərlə “Sepah” qüvvələri arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həyatını itirib.
Bu barədə “Sepah”ın quru qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi iyulun 11-də bəyanat yayıb.
Bəyanatda bildirilir ki, hadisə iyulun 10-u axşam saatlarında Kirmanşah əyalətinin Cavanrud məntəqəsində baş verib: “Terrorçu bir dəstənin üzvləri sərhəddi qanunsuz keçərək ölkə ərazisinə girməyə cəhd edərkən “Nəcəf-i Əşrəf” qərargahı qüvvələri tərəfindən mühasirəyə alınaraq məhv ediliblər. Atışma zamanı 5 terrorçu öldürülüb və onlardan qalan külli miqdarda silah-sursat və digər hərbi avadanlıqlar ələ keçirilib” –deyə bəyanatda bildirilir.
Yayılan məlumatda həmçinin bildirilir ki, silahlı dəstə üzvləri ilə qarşıdurmada 1 “Sepah”çı həlak olub. Öldürülən “Sepah”çının adı açıqlanmayıb.
Qeyd edək ki, “Sepah” qüvvələri ilə yaraqlı küdlər arasında üç gün əvvəl də qarşıdurma yaranmışdı. İyulun 9-da İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində yaraqlı kürdlərin “Sepah” avtomobilinə qarşı hücumunda 3 ”Sepah”çı öldürülmüş, 1-i yaranmışdı. “Sepah” avtomobilinə hücum edən müxalif kürdlər hadisə yerindən qaça bilmişdilər
A.M