SON XƏBƏRLƏR

İranın Kürdüstan əyalətində “Bəsic” təşkilatının 2 üzvü öldürülüb

2021.10.20, 07:36
İranın Kürdüstan əyalətində “Bəsic” təşkilatının 2 üzvü öldürülüb

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan əyalətində “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının 2 üzvü naməlum şəxslərin silahlı hücumunda öldürülüb.

 

Yayılan məlumatlara əsasən, hadisə oktyabrın 25-i sübh saatlarında Kürdüstanın İraqla həmsərhəd olan Sərvabad məntəqəsində baş verib. Olaydan az sonra Sərvabad fərmandarı Kuhsar Dadvər jurnalistlərə açıqlamasında bildirib ki, “Bəsic” təşkilatının üzvləri olan İrəc Adak və Kamal Fəthi, “Bəsic” qərargahından evlərinə qayıdarkən yolda naməlum silahlı şəxslərin hücumuna məruz qalıblar. Bildirilir ki, hər iki bəsici bir neçə güllə yarası alaraq yerindəcə həlak olublar.

 

Sərvabad fərmandarı hücumçuların kimliyi barədə hər hansı bir açıqlama verməyib. Hadisənin məsuliyyətini hələlik hər hansı bir kürd təşkilatı öz üzərinə götürməyib.

 

Qeyd edək ki, son aylar İranın Kürdüstan əyalətinin müxtəlif bölgələrində “Sepah” və “Bəsic” qüvvələri ilə yerli kürd yaraqlıları arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu indan həlak olub.

 

"Bəsic" qüvvələri

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar