SON XƏBƏRLƏR

İranın Mahabad şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Mahabad şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 4 il əvvəl maliyyə ixtilaflarına görə qətl törədən və həmin vaxtdan tutularaq həbsdə saxlanılan məhkum Veys Əlipur, iyulun 9-u sübh saatlarında İranın Mahabad şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar