SON XƏBƏRLƏR

İranın Marağa, İsfahan və İlam şəhərlərində daha 4 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Marağa, İsfahan və İlam şəhərlərində daha 4 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə  günahlandırılan daha 4 nəfər edam edilib. Edamların 2-si İsfahan, 1-i Marağa, 1-i isə İlam şəhərlərində həyata keçirilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin qaçaqmalçılığında günahlaxndırılan 29 yaşlı müttəhim Molud Şahhüseyni və qəsdən adamöldürməgə günahlandırılan müttəhim Behruz Ənsari Lencan, oktyabrın 16-sı sübh saatlarında İsfahanın mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin qəsdən adamöldürmədə təqsirli bilinən Qoşaçay şəhər sakini, 33 yaşlı müttəhim, Aslan Şirani oktyabrın 14-də Marağa həbsxanasında, eyni ittihama görə ölüm hökmü almış digər müttəhim (Kuruş Behzadiyan) isə oktyabrın 17-də İlam şəhərinin zindanında dara çəkilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar