SON XƏBƏRLƏR

İranın Mazandaran əyalətində baş verən daşqın nəticəsində kənd evlərinə ziyan dəyib - VİDEO

2021.10.20, 07:36
İranın Mazandaran əyalətində baş verən daşqın nəticəsində kənd evlərinə ziyan dəyib - VİDEO

Gunaz.tv

GünazTV: İranın Mazandaran əyalətində baş verən daşqın nəticəsində Sari şəhərini su bürüyüb, bir sıra kənd evlərinə ziyan dəyib.

 

Yayılan məlumata əsasən, iki gündən bu yana davam edən intensif yağıntılar Sari şəhərinin yaxınlığındakı Təcən çayının daşmasına səbəb olub. Nəticədə, Sarinin ətraf kənd evlərində bir sıra su və elektrik xətləri sıradan çıxıb, əkin yerlərinə çoxlu ziyan dəyib. Daşqın nəticəsində hər hansı bir insan tələfatının olub-olmaması barədə məlumat yayılmayıb.

 

 Təbii fəlakət zonasına xilasedicilərin cəlb edildiyi bildirilir.  

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar