İranın Mədəni İrs Təşkilatı tarixi Kənduvan kəndinin qorunmasında maraqlı deyil

2021-01-09 13:23

Təbrizin yerli mətbuatı və Kənduvan (Gündoğan) əhalisi Mədəni İrs Təşkilatının tarixi kəndin quruluşunun dəyişdirilməsi, aradan getməsinə göz yumduğunu deyirlər.

Gunaz.tv Quote | Gunaz article

Tarixi kəndində tikilən qanunsuz ticarət-iaşə obyektləri onun görkəmini dəyişməklə yanaşı quruluşununda dağılmasına səbəb olur.

 

Təbrizin “Azaranjoman” xəbər saytının verdiyi bilgiyə görə, əhalinin, ətraf mühit fəallarının və yerli ziyalıların çoxsaylı müraciətlərinə baxmayaraq bunun qarşısının alınması yönündə heç bir addım atılmır.

 

Məsələyə bir başa cavabdeh olan İran Mədəni İrs Təşkilatının yerli şöbələri isə mərkəzdən büdcə ayrılmadığı üçün tarixi kəndin qorunması və dağılan yerlərin yenidən qurulması üçün heç bir addım ata bilməyəcəklərini bildiriblər.

 

Kənddə tikilən və tarixi quruluşa zərər verən ticarət-iaşə obyektlərinin məsuliyyətini daşıyan yerli Bələdiyyə və İcra Hakimiyyəti (fərmandarlıq) nümayəndələri isə müraciətləri cavabsız qoyurlar.

 

Bu tarixi kəndin qorunması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb. Təbrizin İran Parlamentindəki nümayəndəsi Əhməd Əlirabəyli bu problemlə bağlı dəfələrlə İranın Mədəni İrs Təşkilatına müraciət edib, yerli təşkilat və məmurları tənqid etsədə, bu günə kimi heç bir nəticə əldə edilməyib.

 

Qeyd edək ki, son aylar içində Güney Azərbaycanın bir sıra bölgələrində, o cümlədən, Marağa, Zəncan, Təbriz, Tikantəpə, qaradağ və Culfada bir neçə tarixi abidə uçurdulub və ya baxımsızlıqdan dağılıb.

 

Kənduvan (Gündoğan‎) Şərqi Azərbaycan əyalətinin tarixi, tanınmış, görməli və turistlərə maraqlı olan kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında, Üskünün 18 kilometrliyində yerləşir. Kəndin evləri qayalar içində oyulmuşdur. Kənduvanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalının əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və maldarlıqdır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Traxtur komandasının Asiya Çempionlar Liqasında rəqibləri bəlli oldu

2021-01-27

gun az article

Güneyli Anar adının türkcə olduğu üçün sənədsiz qalıb

2021-01-27

gun az article

İranda 4 min kaneks məktəb var- Bunların çox faizi Azərbaycan əyalətlərinin payına düşür

2021-01-27

gun az article

Azərbaycan İnsan Haqları Cəmiyyəti: Əlirza Fərşinin səsi olaq!

2021-01-27

gun az article

Ərdəbil divarlarında bir qalmaqalın izləri; Uşaq adları yalnız bir dildə deyil!

2021-01-27

gun az article

GünazTV Jan.26.2021- Özümüz:Xalq Fədayiləri və Azərbaycan Məsələsi

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 -GÜNDƏM MASASI: İranın populist siyasətində Güney Azərbaycan

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25