SON XƏBƏRLƏR

İranın Məlayer şəhərində sərnişin avtobusu qazaya uğrayıb. 1 nəfər ölüb, 19 sərnişin yaralanıb

2021.10.20, 07:36
İranın Məlayer şəhərində sərnişin avtobusu qazaya uğrayıb. 1 nəfər ölüb, 19 sərnişin yaralanıb

Gunaz.tv

GünAzTV: İranın Həmədan əyalətinin Məlayer şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 1 nəfər ölüb, 19 sərnişin yaralanıb.

 

 Hadisə, fevralın 5-i axşam saat 17:50 radələrində Əhvazın Məlayerin 20 kilometrliyində baş verib. Həmədandan Şiraza gedən avtobus naməlum səbəbə görə müvazinətini itirərək onunla eyni istiqamətdə hərəkət edən TIR-la toqquşaraq aşıb.

 

 Qəza nəticəsində 1 sərnişin yerindəcə həlak olub, 19-u müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar yaxın xəstəxanalardan birinə yerləşdiriliblər. Onlardan bir neçəsinin səhhətinin ağır olduğu, bir sərnişinin isə komaya düşdüyü bildirilir. Qəzanın səbəbləri araşdırılır.

 

 Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar