SON XƏBƏRLƏR

İranın Məşhəd, Qum və Babil şəhərlərində daha 4 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Məşhəd, Qum və Babil şəhərlərində daha 4 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 4 nəfər dar ağacından asılıb. Edamlar Məşhəd, Qum və Babil şəhərlərində həyata keçirilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə il əvvəl ayrı-ayrılıqda naməlum səbəbə görə qətl törədən və adları mediaya açıqlanmayan 2 məhkum, avqustun 10-u sübh saatlarında M.şhəd şəhərinin mərkəzi zindanında dara çəkiliblər.

 

Həmçinin beş il əvvəl məişət zəminində baş verən bir davada qətl törədən və adı ixtisarla mediada açıqlanan 26 yaşlı daha bir məhkum, həmin gün eyni ittihamla Babil həbsxanasında edam edilib.

 

Avqustun 9-da qətl ittihamı ilə daha 1 gənc məhkum Qum zindanında dara çəkilib. Qorve şəhər sakini olan 31 yaşlı məhkum Rəsul Qadir Molla, dörd il əvvəl alış-veriş zəminində baş verən ixtilafa görə qətl törətməkdə günahlandırılıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar